BAKI, 6 may. TELEQRAF
Qəzza zolağında müharibə və blokada davam edərkən İsraillə danışıqlar aparmaq mənasızdır.
Teleqraf xəbər verir ki, bunu Fələstinin HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib.
“Qəzza zolağında aclıq və qırğın müharibəsi davam edərkən danışıqlar aparmaq və ya yeni atəşkəs təkliflərini nəzərdən keçirməyin mənası yoxdur”, - HƏMAS rəsmisi bildirib.
Naim həmçinin beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.