AZ

Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi - DUYĞULU ANLAR - FOTOLAR

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi “Biri sənsən, biri mən” mahnısı bu dəfə onun doğma evində, anasının yanında səsləndirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Mənim oğlum qəhrəmandır" layihəsinin rəhbəri Cəlal Qurbanov özünün sosial şəbəkə hesabında paylaşım edib.

 

Bildirilib ki, tanınmış sənətkar Aybəniz Haşımova həmin nəğməni şəhid generalın əziz xatirəsinə ithaf edərək ifa edib. Sevilən aktyor Füzuli Hüseynovun da iştirak etdiyi görüşdə musiqi bir daha təkcə sənət deyil, həm də xalqın şəhidinə olan dərin ehtiramının ifadəsinə çevrilib.

 

Mahnı bu dəfə sadəcə musiqi deyildi – bir xalqın şəhidə dediyi minnətdarlıq, bir ananın göz yaşına bürünmüş sevgisi idi. Səslənən hər bir söz, səslənən hər bir nəğmə Polad Həşimovun fədakarlığını, vətən sevgisini və əbədiyyətə qovuşmuş ruhunu yad edən səssiz bir fəryadıdır.

 

Ziyarət zamanı yaşanan səmimi anlar, duyğulu çıxışlar qonaqlara dərin təəssüratlar yaradıb. Aybəniz Haşımova və Füzuli Hüseynovun bu ziyarəti sənətin yalnız səhnədə deyil, eyni zamanda qəlbdə, yaddaşda və şəhid ruhuna verilən dəyərdə yaşadığını bir daha göstərib.

 

Həmin duyğulu anların görüntülərini təqdim edirik.

 

Seçilən
0
5
sfera.az

6Mənbələr