AZ

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 96 əcnəbi qovuldu

TBİLİSİ, 6 may. TELEQRAF

Ötən ay Gürcüstandan 96 nəfər xarici ölkə vətəndaşı qovulub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən bildirilib.

Həmin şəxslər Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri-Lanka, Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Slovakiya, Qazaxıstan vətəndaşlarıdır.

Əcnəbilərin bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə ölkədən məcburi çıxarılıb. Onların ölkəyə girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib.

Seçilən
0
teleqraf.com

1Mənbələr