ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı (Aİ) bu gün Rusiyadan qaz idxalını qadağan etmək və rus tədarükçüləri ilə mövcud müqavilələri mərhələli şəkildə dayandırmaq planlarını təqdim edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən yazıb.
“Yeni tədbirlərə əsasən, Aİ Moskva ilə uzunmüddətli enerji əlaqələrini dayandırmaq niyyətindədir”, – deyə nəşr bildirib.
Məlumata görə, Avropa İttifaqının 2027-ci ilə qədər Rusiyanın qalıq yanacaqlarından tamamilə imtina etmək kimi qeyri-məcburi məqsədi var.
Günay Rəsulqızı
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.