AZ

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Agentliyin müfəttişləri Tovuz rayonunun Dondar Quşçu kəndində fəaliyyət göstərən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinəsinin aparılmadığı, tutumların üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının keçirilmədiyi, həmçinin məntəqənin maye və təbii qaz obyektlərinin istismarı fəaliyyəti növünə xüsusi icazə alınmadan istismar olunduğu müəyyən edilib.

Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Seçilən
0
33
ikisahil.az

10Mənbələr