AZ

Azərbaycanda unun topdansatışQİYMƏTLƏRİ

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.

AzPost bildirir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, mayın 5-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat ətrafında dəyişib.

Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,6 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.

Seçilən
0
49
azpost.info

10Mənbələr