AZ

Böyük Britaniya hökumətin müharibə şəraitində davranışlar planını yeniləyəcək

Böyük Britaniya hökuməti Rusiyadan gələn təhdidlər fonunda hücumlar və müharibə elanları ilə mübarizə üçün 20 illik gizli planı yeniləməyə hazırlaşır.

Herbiand.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.

“Vətən Müdafiəsi Planı” adlanan tədbirlər toplusu düşmən xarici güc tərəfindən Böyük Britaniyanın maraqlarının qorunması və hücumla mübarizə strategiyasını müəyyən edir. Bu, Böyük Britaniyanın raketlər, nüvə başlıqları və ya kiberhücumlarla vurulduğu ssenariləri əhatə edəcək. Bu planlara ilk dəfə kiber təhlükələrdə daxil edilib.

Planın həmçinin dəmir yolu və avtomobil şəbəkələri, gəmilər, poçt sistemi və telefon xətləri üçün hərbi strategiyaları əhatə edəcəyi gözlənilir. O, həmçinin hökumətin müharibə zamanı necə fəaliyyət göstərməsi, ictimai yayım və Nazirlər Kabineti və kral ailəsi üçün sığınacaqlarla bağlı təlimatları ehtiva edir.

Müdafiə Nazirliyinin rəsmiləri həmçinin Böyük Britaniyanı İsrailin raket hücumlarından qorunmaq üçün istifadə etdiyi Dəmir Günbəzin öz versiyasını hazırlamağa çağırıb.

Seçilən
0
herbiand.az

1Mənbələr