"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik yenidən Azərbaycanda çalışa blər.
QOL.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin "Prosport" nəşrinə açıqlamasında "Kəpəz"lə danışıqlar apardığını bildirib.
Hazırda Rumıniyanın “UTA Arad” klubunu çalışdıran Rednik "Kəpəz"in maliyyə şərtlərini bəyəndiyini deyib: "Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da könüllü işləyirəm. İnsanlar məni xatırlayacaq. Komandaya həm psixoloji, həm də maddi dəstək vermişəm".
Qeyd edək ki, Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.
Xatırladaq ki, Mirça Renik 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, Lənkəran komandasına Azərbaycan kubokunu qazandırıb.