Bakı. Trend:
6 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üçün ümumitəhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrəmüsahibəyə yazılma prosesi aktivləşib.
Trendxəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyi məlumat yayıb.
Bildirilib ki, müsahibə mərhələsi isə 12–31 may tarixləriniəhatə edəcək.
Qeyd edilib ki, saat 15:00-dan ümumi təhsil müəssisələrininbirinci siniflərinə Azərbaycan bölməsi üzrə məktəb və müəllimseçimi prosesinə başlanılacaq.
"Valideynlərə müəyyən olunmuş tarixlər çərçivəsində qeydiyyat,seçim və müsahibə mərhələlərini diqqətlə izləmələri tövsiyəolunur",- deyə əlavə edilib.