AZ

ANAMA ekskalator operatoru işləmək istəyənləri dəvət edir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi( ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.

Təminatlar:

Əməkhaqqı ilə yanaşı, çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;

Gündə 3 dəfə yeməklə təmin edilmə;

Yaşayış yeri ilə təmin edilmə.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);

∙ əmək kitabçasının surəti.

Sənəd qəbulu mayın 31-dək aparılacaq.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Seçilən
0
2
azertag.az

3Mənbələr