AZ

Pentaqon yüksək rütbəli zabitlərin sayını 20 faiz azaldılacaq

ABŞ-ın müdafiə naziri Pit Heqset ölkənin silahlı qüvvələrində fəaliyyət göstərən dördulduzlu general və admiralların sayının ən azı 20 faiz azaldılması barədə göstəriş verib.

Herbiand.az xəbər verir ki, bazar ertəsi dərc olunan memorandumdan bəlli olur ki, ordu və donanmanın yüksək səviyyəli zabitlərinin sayının on faiz, eləcə də Milli Qvardiya generallarının sayının 20 faiz azaldılması nəzərdə tutulur.

Memorandumda izah edilir ki, ixtisarlar “qoşunlarda artıq strukturların aradan qaldırılmasına” yönəlib. Güman edilir ki, bu tədbirlər ABŞ-ın mövqeyini gücləndirəcək, səmərəliliyi artıracaq və innovasiyaları təşviq edəcək.

İxtisarın dəqiq necə həyata keçiriləcəyi mexanizmi dəqiqləşdirilməyib.

Seçilən
0
herbiand.az

1Mənbələr