AZ

Taleh Qaraşov şəhid Mahsun Bağırzadənin qardaşının toyunda - FOTOLAR

Mayın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov icra aparatının kollektivi şəhid Mahsun Bağırzadənin qardaşı Mahir Bağırzadənin toy şənliyində iştirak edib.

"Unikal" xəbər verir ki, şəhid ailələrinə diqqət və qayğısı ilə seçilən Lənkəran ŞİH başçısı yeni evlənən cütlüyə xoşbəxtlik arzulayıb, şəhidin ailə üzvlərinə xeyir-dua verib. Taleh Qaraşov dövlətin hər zaman  şəhid ailələrinin yanında olduğunu və bu məsələnin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqətda saxlanıldığını vurğulayıb.

Şəhid atası Zahir Bağırov hər zaman dövlətin qayğısını hiss etdiklərini, istənilən məsələylə bağlı müraciətlərinə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq həssas yanaşıldığını qeyd edib və bunlara görə dövlət başçısına və Birinci vitse-prezidentə ailəsi adından təşəkkür edib.

Seçilən
0
1
unikal.az

2Mənbələr