AZ

Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var

ain.az bildirir, Oxu.az portalına istinadən.

Doqquz yaşlı Mələyin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Mirvari Turabova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir:

"Mələyin doqquz yaşı var, o, anadangəlmə spina-bifida xəstəliyindən əziyyət çəkir. Doğulduğu gündən, demək olar ki, onu müalicələrlə həyatda saxlamışıq. Həkimlər Mələyin 2 yaşına qədər spina-bifidanın ləğvi əməliyyatı keçirməli olduğunu desələr də, imkanımız olmadığına görə bu əməliyyat illərlə qaldı. Sizin saytın izləyicilərinin dəstəyi ilə Mələk keçən il dekabrın 19-da həmin əməliyyatı keçirdi. Mələyin yaraları hələ də tam sağalmayıb. Tikişləri iltihablayır, tam bitişmir".

Gənc ana hazırda Mələyin dəstəyə ehtiyacı olduğunu deyib:

"Biz Qubada yaşayırıq, Mələkdən başqa bir övladım da var. Yoldaşım avtoyuma məntəqəsində işləyir, mən isə övladlarıma görə işləyə bilmirəm. Həkimlər Mələyin təcili müalicələrini davam etdirib, ardınca yenidən bir dəfə də əməliyyata alınmalı olduğunu deyirlər. Mələk hazırda ayaqlarında hissiyyatın bərpası üçün reabilitasiyalara gedir. İnanın, hər seansa 150-160 manat ödəniş edirik. Reabilitasiyalar nəticəsində onun ayağında artıq hissiyyat yaranıb. Həkimlər belə davam etsək, xeyli irəliləyiş olacağını deyirlər. Hazırda reabilitasiya və müalicəsi üçün bizim 2 000 manata ehtiyacımız var. Müalicələr yaxşı getsə, o, ikinci dəfə əməliyyat keçirəcək. Mələk həyat dolu uşaqdır, küçəyə çıxıb yaşıdları ilə oynamaq istəyir. Amma səhhəti ilə bağlı gəzə bilmir, otura bilmir. Yardımsevər şəxslərdən mənim balama dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 325-38-70.

"Kapital Bank": 4169 7388 2519 9098.

Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var

Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr