AZ

Yaponiya hipersəs raketləri ilə mübarizə aparan cihaz hazırlayır

Yaponiya ordusu, Ordu Təchizatı və Logistika Agentliyi tərəfindən hazırlanmış və hipersəs raketlərinə qarşı mübarizə aparmaq üçün nəzərdə tutulmuş yeni relsli silahın prototipinin fotosunu yayımlayıb.

Herbiand.az bildirir ki, bu barədə Tekhkult yazır.

Məlumata görə, Yaponiyada relsli silahın yaradılması üzərində iş 2016-cı ildən aparılır və hipersonik raketlərə, həmçinin digər yüksək sürətli zərbə silahlarına qarşı mübarizə strategiyasının bir hissəsidir.

İşlərin gedişi ilə bağlı məlumatlar ciddi şəkildə məxfi saxlanılır. Lakin məlumdur ki, relsli silahın ən son prototipi Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin JS Asuka gəmisinin göyərtəsində sınaqdan keçirilib. Cihaz 320 qram ağırlığında 40 mm-lik mərmi atıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr