AZ

Olaf Şoltsun vida nitqi: Yeni kansleri çətin günlər gözləyir

BAKI, 6 may. TELEQRAF

Almaniya Kansleri Olaf Şolts bu gün vəzifəsini tərk etməzdən əvvəl vida nitqi ilə çıxış edərək, xələfi Fridrix Mertsin çətin günlər yaşayacağını bildirib.

Teleqraf xəbər verir ki, vida mərasimi Almaniyanın “Phoenix” televiziya kanalının Yutub hesabında yayımlanıb.

“Şübhəsiz ki, yaranacaq çətin anlarda sizə güc və inam ala biləcəyiniz görüşlər arzulayıram”, - Şolts deyib.

Kansler xələfinə qarşıdakı çağırışlarda uğurlar arzulayıb.

Xatırladaq ki, bu gün Olaf Şoltsun Almaniya hökumətinin başçısı kimi səlahiyyətləri rəsmən başa çatır. Növbəti dönəmdə Almaniyaya Merts və komandası rəhbərlik edəcək.

Seçilən
0
teleqraf.com

1Mənbələr