"Barselona"nın sağ cinah müdafiəçisi Jül Kunde UEFA Çempionlar Liqasının yarımfinalında "İnter"lə cavab matçını buraxacaq.
Fanat.Az xəbər verir ki, fransız futbolçu ilk görüşdə zədələndiyi üçün 42-ci dəqiqədə əvəzlənib.
"İnter"in baş məşqçisi Simone İnzaqi rəqib oyunçunun zədələnməsi ilə bağlı ehtimalını dilə gətirib:
"Kunde əla oyunçudur. Eşitdim ki, o, ardıcıl 102-104 matç keçirib, heç bir oyunu buraxmayıb. Bu, onun zədələnməsinə səbəb ola bilər. Amma "Barsa"da bu mövqedə oynamağa qadir olan başqa yaxşı oyunçular da var".
"İnter" - "Barselona" cavab oyunu bu gün "San Siro"da keçiriləcək.
Mirağa