AZ

QHT nümayəndəsi İordaniya Senatının medalı ilə təltif olundu - FOTOLAR

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nadimə Rəhimli beynəlxalq mükafata layiq görülüb.

QHT.az xəbər verir ki, o, Azərbaycanda səfərdə olan İordaniya Senatoru, İordaniya Siyasi Sisteminin Müasirləşdirilməsi üzrə Kral Komitəsinin üzvü, eyni zamanda İordaniya İnsan Hüquqları üzrə Milli Mərkəzin Qəyyumlar Şurasının üzvü olan Asia Abdel Yaghi tərəfindən təltif olunub.

Nadimə Rəhimli İordaniya Senatının medalı və rəhbəri olduğu "I am Human" cəmiyyəti tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb. Bu təltif, Azərbaycan və İordaniya arasında vətəndaş cəmiyyəti institutları sahəsində əməkdaşlığın qurulmasında göstərdiyi təşəbbüs və səmərəli fəaliyyətə görə təqdim olunub.

 

Pərvanə Fərhadqızı

Seçilən
0
qht.az

1Mənbələr