AZ

Tanınmış gürcü dirijor vəfat etdi

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Tanınmış dirijor, bəstəkar və piaonoçu Vaxtanq Maçavariani 74 yaşında vəfat edib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

V. Maçavariani 1951-ci ilin fevralın 18-də Tbilisidə anadan olub. 1973-1977-ci illərdə Tbilisi Dövlət Konservatoriyasını bitirib. 1987-1991-ci illərdə Gürcüstan Musiqi Cəmiyyətinin Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1987-1990-cı illərdə Zakaria Paliaşvili adına Tbilisi Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru olub.

Son dövrlərdə dirijor Avropa ölkələrində və İsraildə böyük uğurla çıxış edirdi. O, Tbilisi Dövlət Operasının əsas dəvət olunan dirijoru olub.

Qeyd edək ki, V.Maçavariani SSRİ-nin Xalq artisti, bəstəkar, dirijor Aleksi Maçavarianinin oğlu olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
icma.az

3Mənbələr