AZ

Tovuzda qazdoldurma məntəqəsinin istismarı dayandırılıb (FOTO)

Bakı. Trend:

Tovuz rayonunun Dondar Quşçu kəndində fəaliyyət göstərən fərdisahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurmaməntəqəsində plan üzrə yoxlama aparılıb.

Trendxəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb.

Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı vəsağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədədtutumun istismar müddətinin bitdiyi, tam texniki müayinəsininaparılmadığı, tutumların üzərində quraşdırılmış qoruyucuklapanların və manometrlərin dövri yoxlanılmasının keçirilmədiyi,həmçinin məntəqənin maye və təbii qaz obyektlərinin istismarıfəaliyyəti növünə xüsusi icazə alınmadan istismar olunduğu müəyyənedilib.

"Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkünolmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığıtəhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarıAgentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntularınaradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkaratəqdim edilib",- deyə əlavə edilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərinTəhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyisənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunmasıistiqamətində səlahiyyətləri daxilində zəruri tədbirləringörülməsini davam etdirir.

Tovuzda
Tovuzda
Tovuzda
Tovuzda
Seçilən
0
39
az.trend.az

10Mənbələr