AZ

Sudanın Port Sudan şəhərində partlayışlar və yanğınlar baş verib

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sudanın inzibati mərkəzi olan Port Sudan şəhərində yerləşən Cənub Limanında partlayışlar və yanğınlar baş verib.

Bizimyol.info xəbər verir ki, ölkənin şərqində yerləşən Port Sudan şəhərində güclü partlayış səslərinin eşidilməsindən sonra Cənub Limanında yanğınlar baş verib.

Yanğınların, yanacaq anbarına edilən hücum nəticəsində baş verdiyi ehtimal olunur.

İnsan Haqları və Hürriyyətləri (İHH) İnsani Yardım Vəqfinin dünən Sudana göndərdiyi humanitar yardım ləvazimatları bu limanda qarşılanıb və burada saxlanılır.

Yerli mətbuatda yer alan məlumatlara görə, Port Sudan Beynəlxalq Hava Limanı da hücuma məruz qalıb. Hücumdan sonra uçuşlar dayandırılıb, lakin Sudandan hələlik rəsmi bir açıqlama verilməyib.

Port Sudan, mülki şəxslər və humanitar təşkilatlar üçün sığınacaq yeri kimi əhəmiyyətli bir rol oynayır. Bu hücumlar şəhərin strateji əhəmiyyətini artırır və müharibənin şərqə doğru genişlənməsinin göstəricisidir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi hücumları pisləyərək, mülki əhalinin qorunması və humanitar əməliyyatların təhlükəsizliyinin təhdid altında olduğunu bildirib .

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
icma.az

1Mənbələr