"Mançester Yunayted" klubu Viktor Osimhenin təmsilçisi ilə danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçu illik 12 milyon avro məvacib istəyir. Ancaq o, "qırmızı şeytanlar"ın bir nömrəli seçimi deyil.
Bu barədə "Foot Mercato" məlumat yayıb.
"Mankunianlar"ın öncəliyi Viktor Dyökereşdir. Ancaq bu transferin baş tutmağı o qədər də asan olmayacaq.
MY-in siyahısında həmçinin "İpsviç"in hücumçusu Liam Delap da var.