AZ

"Qalatasaray"ı mövsüm sonunda tərk edəcək ilk futbolçunun adı bilindi

Türkiyə Super Liqası komandası "Qalatasaray" yeni mövsüm üçün heyətini qorumağa çalışacaq.

"Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Muslera mövsüm sonunda komandanı tərk edəcək.

Operativ Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı qapıçı mövsüm bitdikdən sonra ölkəsinə qayıtmaq istəyir.

Məlumata görə, uruqvaylı qapıçı artıq bəzi əşyalarını ölkəsinə yola salıb.

"Qalatasaray" rəhbərliyi Musleraya daha bir illik müqavilə təklif edib. Ailəsi ilə də məsləhətləşən qapıçı təklifi rədd edib.

Qeyd edək ki, Fernando Muslera 14 ildir "Qalatasaray"ın qapısını qoruyur.

Seçilən
0
operativmedia.az

1Mənbələr