AZ

Sudan limanında PUA hücumundan sonra böyük yanğın başlayıb

Sudanın şimal-şərqindəki “Port Sudan”da bir neçə partlayış səsi eşidilib və böyük yanğın başlayıb...

Poliqon “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, liman şəhəri dronlarla hücuma məruz qalıb.

Telekanalın məlumatına görə, yüz minlərlə köçkünün sığındığı ölkənin əsas dəniz limanının yaxınlığında qatı tüstü görünür. Yerli sakinlər PUA-ların “Çevik Reaksiya Qüvvələri” (RSF) tərəfindən buraxıldığını bildiriblər. RRF limandakı yanacaq anbarını, limanın ətrafındakı ərazini və aviabazanı vurublar.

Qeyd edək ki, Sudanın rəsmi ordusu ilə RSF arasında silahlı qarşıdurma 2023-cü ilin aprelində başlayıb. BMT-nin məlumatına görə, iki il davam edən müharibə zamanı 11,3 milyondan çox insan didərgin düşüb.

3 may 2025-ci ildə RSF ölkənin şərqindəki Kassala şəhərinə pilotsuz təyyarə ilə zərbə endirib. Sudan səlahiyyətliləri RSF-nin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) istehsalı olan pilotsuz təyyarələri və silahları Çad vasitəsilə aldığını iddia edir, BƏƏ isə bu iddianı rədd edir.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr