AZ

Rusiya ordusu Ukraynada qiroskuterlərdən istifadə etməyə başlayıb

Ukrayna ərazisindəki xüsusi hərbi əməliyyat zonasında rus hərbçilərinin qiroskuterlərdən pilotsuz təyyarə kimi istifadə etməsi yerli ixtiradır.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Qəhrəmanı, general-leytenant Sergey Lipovoy məlumat verib.

Onun sözlərinə görə, belə texnika düşmənin zirehli texnikasını məhv etmək üçün istifadə olunur, ucuz və asan başa gəlməsi ilə fərqlənir.

“Rusiya istedadlarla doludur. <…> Qiroskuterlərdən tank əleyhinə yeni vasitə kimi istifadənin unikallığı ondan ibarətdir ki, bu, nisbətən ucuzdur. Ora partlayıcı bağlamaq isə sadəcə texniki məsələsidir. Bizim ustalarımız bunu sınaqdan keçiriblər, bu onlarda səmərəli alınır və ondan uğurla istifadə edirlər. Bu, deyək ki, bu gün geniş tətbiq olan yerli ixtiradır”, - general deyib.

Lipovoy onu da vurğulayıb ki, unikal silahların yaradılması Rusiya üçün yeni deyil. Oxşar təşəbbüslər Böyük Vətən Müharibəsi illəri zamanı səngərlərdə də həyata keçirilib və bu tarix indi də davam edir.

“Forbes” jurnalının məlumatına görə, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsindəki istehkamlarını məhv etmək üçün iki qiroskuterdən və bir tank əleyhinə minadan yığılmış əldəqayırma kamikadze dronlardan istifadə etməyə başlayıblar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr