AZ

Rusiyaya kütləvi dron hücumu: Moskvanın bütün aeroportlarında uçuşlar dayandı

Bu gecə Rusiya ərazisi kütləvi dron hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, Rusiya mətbuatı hava hücumundan müdafiə sistemləri müxtəlif istiqamətlərdən Moskva istiqamətində uçan 15 pilotsuz uçuş aparatını (PUA) məhv etdiyinə dair məlumat yayıb.

Bu gün səhər saatlarında Moskva meri Sergey Sobyanin Telegram kanalında hücum barədə yeni məlumat yerləşdirib: “Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə Qüvvələri müxtəlif istiqamətlərdən Moskvaya doğru uçan daha 10 pilotsuz uçan aparatı məhv edib”.

Sobyaninin sözlərinə görə, hadisə nəticəsində tələfat və dağıntı olmayıb. Təcili yardım xidmətləri PUA-nın qalıqları düşən yerlərdə işləyir.

PUA hücumlarına görə Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir. Rusiyanın Telegram kanalları həmçinin Lipetsk, Ryazan, Tambov və Tula vilayətlərində də PUA təhlükəsi elan olunduğunu bildirir. Yaroslavl, NijniNovqorod və digər hava limanlarında da uçuşlar dayandırılıb.

Qeyd edək ki, xarici agentliklər 9 may paradı ərəfəsində Rusiya hakimiyyətinin Moskva ətrafına irili-xırdalı 280 hava hücumundan müdafiə sistemi topladığına dair məlumat yayıb.

Seçilən
0
1
ictimairey.az

2Mənbələr