AZ

Sement zavoduna güclü partlayış - 42 nəfər xəsarət alıb

İsrail və ABŞ-nin Hərbi Hava Qüvvələrinin Yəmənin Əl-Hodeyda əyalətindəki “Badjel” sement zavoduna endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

"Badjel sement zavodunda Amerika-İsrailin hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb", - telekanalın xəbərində deyilir.

Günün əvvəlində Yəmənin “Ənsar Allah” hərəkatının Səhiyyə Nazirliyi Əl-Hodeydadakı “Badjel” sement zavoduna endirilən zərbələr nəticəsində azı 21 nəfərin yaralandığını bildirib.

Seçilən
0
ekologiya.az

1Mənbələr