AZ

Bəbir körpəni anasının qucağından qopararaq yeyib

Hindistanda bəbir uşağı anasının qucağından qopararaq parçalayıb...

Poliqon xəbər verir ki, bu barədə “Times of India” nəşri məlumat yayıb.

Hadisə Uttarxand ştatının Mana Kabhra kəndində baş verib. Qadın uşağı ilə çöldəki tualetə gedib, lakin bir anda yırtıcı onlara hücum edib. Heyvan uşağı qapıb onunla birlikdə dərəyə qaçıb. Daha sonra boynunda dərin yaralar olan körpəni tapsalar da, onu xilas edə bilməyiblər.

Hazırda müvafiq idarələrin əməkdaşları vəziyyəti araşdırır.

“Meşə idarəsi kompensasiya prosedurlarına başlayıb və ərazidə patrulların gücləndirildiyini elan edib”, deyə nəşr yazır.

Rəsmilərin sözlərinə görə, bəbirin göründüyü ərazidə üç pusqu qurulub.

Nəşrin məlumatına görə, ölkədə belə halların sayı artıb. Belə ki, indi hər il vəhşi heyvanların insanlara 250-300 hücumu qeydə alınır. İyirmi il əvvəl bu statistika 55 ilə 60 arasında dəyişirib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr