İraqda baş verən güclü qum fırtınası ölkənin bir çox bölgəsində həyatın iflic olmasına səbəb olub. Fırtına xüsusilə Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyyə şəhərlərinə ciddi təsir göstərib.
Manset.az-ın məlumatına görə, fırtına nəticəsində baş verən ağır yol qəzasında eyni ailədən 4 nəfər həyatını itirib, daha 3 nəfər isə yaralanıb.
Rəsmi mənbələr qəzanın görmə məsafəsinin sıfıra enməsi və nəticədə iki avtomobilin toqquşması səbəbindən baş verdiyini bildiriblər.
Bundan əlavə, qum fırtınası səbəbilə tənəffüs problemləri yaşayan 400-ə yaxın şəxs xəstəxanalara yerləşdirilib.
Aidiyyəti qurumlar əhalini, xüsusilə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənləri evdən çıxmamağa və qoruyucu tədbirlər görməyə çağırıb.