AZ

Kaliforniya sahillərində qayıq aşıb, 3 nəfər ölüb, 9 nəfər itkin düşüb

Yeniazerbaycan portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-da Kaliforniya ştatının San Dieqo sahillərində kiçik qayığın aşması nəticəsində 3 nəfər ölüb.

AZƏRTAC-ın məlumatına görə, hadisə zamanı 4 nəfər yaralanıb, daha 9 nəfər itkin düşüb. Sakit okean sahilində çevrilmiş qayıq səhər tezdən sahilə gəzintiyə çıxan sakinlər tərəfindən aşkar edilib.

Sahil Mühafizəsinin gəmiləri və helikopterləri itkin düşənləri axtarır. Səlahiyyətli şəxslər 12 metrlik qayığın haradan gəldiyini bilmədiklərini açıqlayıblar. Bildirilir ki, aşmış qayıq əsasən balıq ovu üçün nəzərdə tutulub, lakin adətən qaçaqmalçılar və miqrant daşınması üçün istifadə edilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
8
icma.az

10Mənbələr