AZ

"Mən öləndə baş daşımın ideyasını o adam verməsin"

Xalq artisti Könül Xasıyeva açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, xanəndə yenə zarafatından geri qalmayıb.

"O vaxt dəyərli sənətkarımız Nəzakət Məmmədova dünyasını dəyişəndə Arif Babayev onun məzarını ziyarətə gedib. Görüb ki, baş daşında onunla birgə "Leyli və Məcnun" tamaşasından şəklini qoyublar. Arif müəllim dərsdə danışıb bunu, deyirdi ki, məzarın üstündə şəklimi görüb dəli oldum. Mən öləndə baş daşımın ideyasını o adam verməsin kimdirsə... Demişəm ki, evimizə yaxın yerdə məni dəfn etsinlər. Oğlum ziyarətə gedib-gələ bilsin. Nəvələrim olsa, onlar da. Yaxın olsun, bəlkə gəldilər". 

Müğənni Aşıq Ədalətlə zarafat edərək, öləndə səninlə fotomu baş daşının üzərinə qoymaq olar olar?" deyə, sual ünvanlayıb.

Xasıyevanın bu sözləri insanların üzün də gülüş doğurub.

Hüseyn
Milli.Az

Seçilən
0
3
milli.az

4Mənbələr