Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov dünən xəstəxanada damar əməliyyatı zamanı ölüb.
Onun varikosel xəstəliyindən əziyyət çəkdiyi və cərrahi müdaxilə zamanı həyatını itirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.