AZ

Cinayətkarı "qəhrəman"laşdıran xalq -Qafanda Vazgen qalmaqalı yaşanır

Erməni xalqı hələ də hərbi cinayətkarların “qəhrəman”laşdırılması kimi xroniki xəstəlikdən əziyyət çəkirlər. Hərbi canilərlə bağlı hər hansı hörmətsizlik isə erməni cəmiyyətində geniş narazılığa səbəb olur.

Buna misal olaraq Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına qarşı vəhşiliklər törətmiş şəxslərdən biri olan siyasətçi və keçmiş müdafiə naziri Vazgen Sarkisyana dair yeni qalmaqalı göstərmək olar. Vazgen Sarkisyanın qardaşı qızı Nona Sarkisyan özünün Facebook səhifəsində yazaraq iddia edib ki, bəzi məmurlar əmisinin xatirəsinə hörmətsiz yanaşır. Onun sözlərinə görə, Qafan meriyası yeni layihəyəy əngəllər yaradırlar. Söhbət "Vazgen. Sonuncu Sparapet" layihəsindən gedir. Meriya filmin nümayişi ilə bağlı şəraitin yaradılmasına dair təklifləri qəbul etməyib. Meriya hərbi caninin filminin nümayişi üçün mədəniyyət mərkəzinin binasını bələdiyyə işçiləri ilə ilkin razılıq əsasında ödənişli əsaslarla onlara verilməsini təklif edib. 

"Əziz qafanlılar mən təəssüf edirəm. Həm də təəssüf edirəm ki, ölkəmizdə belə "dəyərlərə" malik insanlar da var... Təəssüflə bildiririk ki, Qafanda heç bir nümayiş olmayacaq", - o qeyd edib.

Xatırladaq ki, müharibə dövründə bir sıra hərbi cinayətlər törətmiş bu "qəhrəman"ı 1997–1998-ci illərdə Robert Koçaryan – Serj Sarkisyan cütlüyü ilə birləşdirən başqa bir dəyər də olub ki, o da var-dövlət toplamaq, işğaldakı əraziləri talamaqdır. Sonda bir quldur digər qulduru aradan götürdü- 1999-cu il 27 oktyabr parlement terroru nəticəsində  Vazgen Sarkisyan və Karen Demirçyan da öldürüldü. Bu əməliyyatda R.Koçaryanın əli olduğu iddia edilir. Çünki bundan sonra onun hakimiyyət əl-qolu açıldı, ən ciddi siyasi rəqibləri sıradan çıxdı. 

Tural

Seçilən
0
news365.az

1Mənbələr