Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Əməliyyat nəticəsində 5-i türk vətəndaşı olan 27 şübhəlinin saxlanılıdığı bildirilib. Saxlanılanların terror məqsədi ilə açılmış bank hesab nömrələri vasitəsilə İŞİD-ə pul ianə etməklə cinayət törətdiklərinə dair sübutlar əldə olunub.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Zərintac MayisqızıMissiya.Az