AZ

"Bu, məni həyəcanlandırır" - Mikel Arteta PSJ ilə oyundan danışdı

"Arsenal"ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransa PSJ-si ilə keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki,  ESPN-in ispan məşqçinin dediklərini belə çatdırıb: 

"Biz cavab görüşünün mümkün qədər tez gəlməsini istəyirik. Çempionlar Liqasının finalçısı ola bilərik. Komandamın mübarizə apardığını görürəm. Bu, məni həyəcanlandırır. İlk matçda nəticə əldə edə bilmədik, lakin ikinci görüş ərəfəsində nikbinliyimizi qoruyuruq".

Xatırladaq ki, “topçular” ev oyununda 0:1 hesabı ilə məğlub olub. Cavab oyunu sabah, mayın 7-də Parisdə baş tutacaq. 

Mirağa

Seçilən
0
1
fanat.az

2Mənbələr