NBA pley-offunun ikinci mərhələsinin ilk oyunları geridə qaldı.

Offsideplus.az xəbər verir ki, Boston Celtics öz meydanında New York Knicks-i qəbul edib. "TD Garden"də keçirilən qarşılaşma dramatik şəkildə başa çatıb. Üçüncü hissənin ortalarında 20 xal fərqlə önə keçən Boston üstünlüyünü qoruya bilməyib və əlavə vaxtda 105:108 hesabı ilə uduzub. Knicks-in ən məhsuldar oyunçusu 29 xal, 4 ribaund və 5 məhsuldar ötürmə ilə Jalen Brunson olub. Celtics-in heyətində isə Jayson Tatum 23 xal, 16 ribaund və 6 məhsuldar ötürmə ilə dubl-dabl edib. Bu nəticə ilə seriyada hesab 1:0 New York Knicks-in xeyrinə oldu.

Günün digər matçında Oklahoma City Thunder evdə Denver Nuggets-i qəbul edib. "Chesapeake Energy Arena"da baş tutan oyun 121:119 hesabı ilə Thunder-in qələbəsi ilə yekunlaşıb. Oklahoma təmsilçisində Shai Gilgeous-Alexander 33 xal və 10 ribaundla dubl-dabl edib. Denver-in lideri Nikola Jokic isə 42 xal və 22 ribaundla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Seriyada hesab 1:0 Oklahoma City Thunder-in xeyrinədir. Komandalar arasında növbəti oyun 8 mayda keçiriləcək.