AZ

Hindistan, Macarıstan və Slovakiya baş nazirlərinin 9 may paradında iştirakını ləğv etməsindən sonra Paşinyan da çox tərəddüd edir... 

Ermənistan baş nazirinin ofisi hökumət başçısı Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır. Yalnız Milli Assambleyanın sədri Paşinyanın iştirakının düzgün olacağı fikrini bildirib.
 
Moderator.az xəbər verir ki, bunu "Hraparak" nəşri yazır.
 
Nəşr edir ki, ləngimə "Vətəndaş sazişi" partiyasının daxilindəki fikir ayrılıqları ilə də bağlıdır. Çünki sorosçular Moskvaya getməyə qarşıdırlar. Eyni zamanda məsələ hər hansı liderin paradda iştirakının nəticəsiz qalmayacağını bəyan edən Ukraynanın və onun xarici tərəfdaşlarının təhdidləri ilə də bağlıdır.
 
"Hindistan, Macarıstan və Slovakiya baş nazirlərinin 9 may paradında iştirakını ləğv etməsindən sonra Paşinyanın vəziyyəti daha da mürəkkəbləşib. Kaya Kallas və Zelenskinin təhdidləri əslində öz nəticəsini verdi. Bununla belə, Paşinyan fors-major hal baş verməsə, getməyə meyllidir", -deyə erməni qəzeti bildirir.
 
Qeyd edilir ki, Ermənistan parlamentindən Putinin paradında yalnız milliyyətcə rus olan Aleksey Sandikovun iştirak edəcəyi gözlənilir. Çünki Rusiya bir çox "Vətəndaş sazişi" partiyası üzvlərini rədd edir və bəzi Soros tərəfdarları hətta persona non qrata elan edilib, yəni onların Moskvaya girişi qadağan edilib.
 
"Rusiyanın Ermənistan hərbi birləşməsinin parada göndərilməsi təklifinə gəlincə, mənbələrimiz bildirir ki, qonşu ölkədən fərqli olaraq Moskvaya heç bir hərbi hissə göndərilməyəcək", - deyə erməni nəşri vurğulayır.
 
S.Laçın
Seçilən
0
moderator.az

1Mənbələr