AZ

İraqda qum fırtınası: Ölən və yaralananlar var

İraqın bir sıra bölgələrində güclü qum fırtınası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qum fırtınası Diyala, Kərkük, Ərbil, Səlahəddin və Süleymaniyə kimi əyalətlərdə həyatı iflic edib.

Məlumata görə, Səlahəddin əyalətinin Tuzhurmatu rayonunda yerləşən Serha nəzarət məntəqəsi yaxınlığında fırtına səbəbilə iki avtomobilin toqquşması nəticəsində eyni ailədən 4 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Rəsmilərin bildirdiyinə görə, qəza zamanı fırtına səbəbilə görmə məsafəsi sıfıra enib və bu faciəyə səbəb olub.

Qum fırtınası tənəffüs yolları xəstəliyindən əziyyət çəkən vətəndaşlar üçün də ciddi təhlükə yaradıb. Təxminən 400 nəfər nəfəs darlığı səbəbilə xəstəxanalara yerləşdirilib. Hakimiyyət orqanları əhalini, xüsusilə xroniki xəstəlikləri olan şəxsləri mümkün qədər evdə qalmağa çağırıb.

Seçilən
0
bakivaxti.az

1Mənbələr