ain.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan mətbuatı xəbər verir ki, iqtidar partiyasında artıq bu vəzifəni kimin tutacağı məlumdur, lakin bununla bağlı ictimaiyyətə hələlik açıqlama verilmir.
Tbilisi meri və "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze bildirib ki, yaxın iki gün ərzində məsələ tam aydınlaşacaq:
“İctimaiyyətə sədrin kim olacağı, siyasi şuranın tərkibi barədə məlumat veriləcək. Siyasi şura toplanacaq və qərar həmin şura tərəfindən qəbul olunacaq. Əlbəttə, artıq namizədin kim olduğunu bilirik”.
Parlamentin vitse-spikeri Gia Volski isə qeyd edib ki, qərar yalnız Bidzina İvanişvilinin deyil, geniş məsləhətləşmələrin nəticəsidir.
Xatırladaq ki, 25 aprel tarixində İrakli Qaribaşvili “Gürcü Arzusu”nun sədr vəzifəsindən istefa verib. Yeni sədrin adı 7 mayda partiyanın qurultayında açıqlanacaq.
Cavid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.