AZ

Şirkətin pulunu mənimsəyən satış meneceri ilə bağlı qərar çıxarıldı

Şəki Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Pənah Orucovun (ad, soyadı soyadı şərtidir) barəsindəki hökmdən verilən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Pənah Orucov 2018-2023-cü illərdə olan qənnadı məhsullarının satışını həyata keçirən MMC-lərin birində satış meneceri vəzifəsində işləyib. O, Ağdaş, Kürdəmir, Zərdab, Ucar və Ağcabədi rayonlarında fəaliyyət göstərən ticarət subyektlərindən qəbul etdiyi sifarişlər əsasında malları satıb, lakin məhsul satışından əldə etdiyi 13047,74 manat məbləğdə pulu mənimsəyib.

 

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Pənah Orucov 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 6 May 2025, 08:09   
Seçilən
0
pravda.az

1Mənbələr