ALİMLƏR SƏBƏBİNİ AÇIQLAYIB
Alimlər bu vərdişin səbəblərini araşdıraraq, maraqlı nəticəyə gəlib. Gözləri ovuşdurmaq, həm quruluğunu aradan qaldırır, həm də insanı sakitləşdirərək ürək döyüntülərinin tezliyini azaldır.
Gözlərimiz gün ərzində monitor qarşısında çox qalmaqdan, kifayət qədər yatmamaqdan quruyur. Bu zaman gözləri ovuşdurmaq fiziki rahatlıq gətirir, ovuşdurma zamanı gözlər daha çox nəmlənir və sinir uclarının stimullaşması nəticəsində ürəyin döyüntü tezliyi azalır. Səbəb isə gözlərimizdəki “okulokardial refleks” adlanan mexanizmdir. Göz bəbəyinə edilən təzyiq, sinirlər vasitəsilə beyinə siqnal göndərərək ürəyə daha yavaş döyünmə əmri verir. Bu isə insanda sakitləşdirici təsir yaradır. Hətta bəzi masaj məktəblərində bu üsul relaksasiya texnikası kimi də istifadə olunur.
Lakin həkimlər xəbərdarlıq edir: gözləri tez-tez və əl ilə ovuşdurmaq zərərli nəticələrə gətirib çıxara bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta