AZ

Flik: "Oyunçularıma təzyiq etmək istəmirəm, onlar həzz almalıdırlar"

"Barselona"nın baş məşqçisi Hans Flik "İnter"lə keçiriləcək oyun haqda danışıb.

"Barselona"nın baş məşqçisi Hans Flik Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı cavab oyununa hazırlıqla bağlı fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, Flik bildirib ki, futbolçuları sabahkı oyundan həzz almalıdırlar: "Bu, artıq dediyim fikirdir. Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı bu səviyyədə oynamaq əladır. Oyunçularıma təzyiq göstərmək istəmirəm, onlar bu oyundan zövq almalıdırlar. İstəyirəm ki, bir-birilə yaxşı əlaqədə olsunlar, bir-birini tamamlasınlar və fantastik üslubda çıxış etsinlər", – deyə "Barcablaugranes" nəşri Flikin sözlərindən sitat gətirib.

Qeyd edək ki, “Barselona” ilə “İnter” arasında ilk oyun 3:3 hesabı ilə başa çatıb. Cavab görüşü mayın 6-da, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Seçilən
0
operativmedia.az

1Mənbələr