AZ

Britaniya nüvə savaşına hazırlaşır - Deyli Teleqraf

Böyük Britaniya düşmən dövlətin mümkün hücumundan ehtiyat edərək, müharibə zamanı fövqəladə hallar planının yenilənmiş versiyasını hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” qəzeti məlumat yayıb.

Bildirilib ki, milli müdafiə planı Böyük Britaniyaya qarşı iddia edilən təcavüzdən sonrakı ilk günlərdə hərəkətlərin ardıcıllığını müəyyən edəcək.

Məqalədə deyilir ki, gizli dosye hökumətin müharibə elanına necə reaksiya verəcəyini, o cümlədən ölkə rəsmiləri və kral ailəsini qorumaq üçün bunkerlər, ictimai xidmət yayımı və s. kimi mövzuları nəzərdə tutur. Plana həm adi, həm də nüvə raketlərindən istifadə etməklə Böyük Britaniyaya hücumun bir neçə ssenarisi daxildir.

Seçilən
0
1
axar.az

2Mənbələr