AZ

Tramp: İkinci Dünya Müharibəsində qələbə yalnız ABŞ sayəsində əldə olunub...

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Birinci və İkinci Dünya Müharibəsində Qələbə Günləri ilə bağlı elan etdiyi 11 noyabr və 8 May tarixlərinin iş günü olaraq qalacağını bildirib...

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti “Truth Social” sosial şəbəkəsində yazıb. Tramp əlavə edib ki, iki dünya müharibəsində qələbə yalnız ABŞ sayəsində əldə olunub.

“Amerikada artıq çoxlu bayramlarımız var. İl ərzində kifayət qədər gün yoxdur. Biz o vaxt da işləmişik, indi də işləyəcəyik!”, deyə Donald Tramp yazıb.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti yeni bayramlar elan edib. 1918-ci il noyabrın 11-də atəşkəs müqaviləsinin imzalandığı Birinci Dünya Müharibəsində Qələbənin şərəfinə və 1945-ci il mayın 8-i İkinci Dünya Müharibəsində qələbə güünü elan edilib.

“Biz iki dünya müharibəsində qalib gəldik, amma heç vaxt buna görə tərif götürmədik. Hamı qələbəni öz adına çıxır. Bütün dünyada müttəfiqlərimiz İkinci Dünya Müharibəsindəki qələbəmizi qeyd edir” deyən ABŞ prezidenti qələbənin yalnız Birləşmiş Ştatların sayəsində əldə edildiyini vurğulayıb.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr