AZ

İsrailin Yəməndəki zavoda zərbələri iki nəfərin ölümünə səbəb olub

Daha 42 nəfər isə yaralanıb.

İsrailin Yəmənin qərbindəki Hodeyda əyalətindəki Baqhel sement zavoduna endirdiyi aviazərbələr nəticəsində azı iki nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Ənsar Allah qiyamçı hərəkatından olan husilərin nəzarətində olan "Əl Məsirə" telekanalı məlumat yayıb.

Onun məlumatına görə, daha 42 mülki şəxs yaralanıb. Üsyançıların Səhiyyə Nazirliyi daha əvvəl İsrailin Bajel zavoduna endirdiyi zərbələr nəticəsində azı 21 nəfərin yaralandığını bildirib.

Mayın 5-də axşam saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Qırmızı dəniz sahilindəki eyniadlı liman və Bajel sement zavodu da daxil olmaqla, Əl-Hodeyda əyalətində husilərin hədəflərinə bir sıra zərbələr endirib. Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" telekanalı Pentaqonun sözçüsünə istinadən xəbər verir ki, ABŞ İsrailin "Ənsar Allah"a qarşı əməliyyatında iştirak etməyib.

Seçilən
0
operativmedia.az

1Mənbələr