AZ

Şeyx Şamil öz anasını necə cəzalandırdı?

Şeyx Şamil öz anasını necə cəzalandırdı?

Günlərin birində Çeçenistandan ağsaqqallar nümayəndəsi Şeyxin yanına təşrif gətirir. İstək sadə idi: çoxlu qırğınlar vermişik, müharibə kəndlərə, ailələrə bədbəxtlik gətirib, camaat yığıncağında məsləhətə gəliblər ki, ruslarla barışıq elan edilsin.

Amma bunu Şamilə birbaşa demək olardımı, olmazdı! Ağsaqqal niyyətini Şeyxin anasına açır. Bu həmin qadın idi ki, oğlunun ana məhəbbətinə güvənib, Şeyxin ən qəzəbli vaxtında bir neçə adamın həyatını satın almış, ölüm hökmünü dəyişdirmişdi. Şamil anasının sözünü axıracan dinləyir.

- Mən bizi yaradan Xaliqlə məsləhətləşmədən cavab verə bilmərəm.

Sonra ibadət üçün üç gün möhlət istəyir. Məsciddən bənizi ağarmış, əldən düşmüş halda çıxır.

- Xaliqdən səda gəldi ki, cihadımızı dayandırıb ruslara təslim olmaq təklifini ilk dəfə kimdən eşitmisənsə, ona cəza olaraq yüz qırmanc vurulmalıdır. O, mənim doğma anamdır. Qoy olsun. Allahın iradəsi yerinə yetirilməlidir. Fəqət mənim ətim, qanım, sümüyüm onunkundandır, ona görə yüz qırmanc mənə vurulacaq.

Ananın fəryadını yellər aparır.

Şamil qurşağa qədər soyunub uzanır və qırmanc vuranı xəbərdar edir: zəif vursan, səni də eyni cəza gözləyir.

Şeyx al-qan içində ayağa qalxıb üzünü dəhşətə gəlmiş çeçenlərə tutur:

- İndi gedin, gördüklərinizi və eşitdiklərinizi Çeçenistanda danışın.

Qlobal.net
Seçilən
0
qlobal.net

1Mənbələr