AZ

ABŞ də P.Diddinin məhkəməsi başlayır: Reper özünü təqsirsiz hesab edir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-nin Nyu-York şəhərində məşhur reper Şon Kombs (P.Diddi) barəsində insan alveri və cinsi istismar ittihamları ilə bağlı məhkəmə prosesi başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Məlumata görə, P.Diddinin işi üzrə andlılar heyətinin seçimi start götürüb.

Prokurorluğun versiyasına əsasən, Kombs illərlə qadınlara və ətrafındakı şəxslərə qarşı təhdid, zorakılıq və təzyiqlər göstərib.

Nəşr qeyd edir ki, 2023-cü ilin sentyabrından bəri həbsdə olan P.Diddi özünü günahkar saymır. Məhkəmə prosesinin azı səkkiz həftə davam edəcəyi gözlənilir. Əgər P.Diddi təqsirli bilinərsə, onu onillərlə həbs cəzası gözləyir.

İttihama əsasən, Kombs qanunsuz fəaliyyətlə məşğul olan cinayətkar qrup yaradıb. Onun bu şəbəkədəki tərəfdaşları insan alverindən tutmuş adam oğurluğuna qədər bir sıra cinayət əməlləri törədiblər.

Prokurorluq bildirir ki, reper nüfuzundan qurbanları qorxutmaq və onları bu fəaliyyətə cəlb etmək üçün istifadə edib - onlara ya karyera vədləri verilib, ya da şantajla təzyiq göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
icma.az

1Mənbələr