AZ

Millimiz yoxlama oyunları KEÇİRƏCƏK

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən mayın 11-dək təlim-məşq toplanışı keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yerləşdirilib.

Bildirilib ki, U-16 Milli Komandaların Təlim Məşq Mərkəzindəki hazırlıq çərçivəsində iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

Millmiz mayın 9-da və 11-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Binə stadionunda keçiriləcək hər iki matçın saat 16:00-da başlaması planlaşdırılır.

Bizim.Media

Seçilən
0
18
bizim.media

10Mənbələr