Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova Macarıstan təmsilçisi “Vaşaş”dan ayrılıb.
Publika.az xəbər verir ki, oyunçu bu barədə özü sosial şəbəkə hesabında bildirib.
Qeyd edək ki, 6 il ərzində “Vaşaş”ın şərəfini qoruyan 32 yaşlı voleybolçu bu müddət ərzində 5 dəfə ölkə çempionu olub.