AZ

"Bayer" Xabi Alonsonun əvəzedicisini tapıb

"Bayer" yayda komandanı tərk etməsi gözlənilən Xabi Alonsoya əvəzedici axtarır.

İdman.biz xəbər verir ki, Leverkuzen klubu Alvaro Arbeloanı baş məşqçi təyin edə bilər.

İspaniya mətbuatı hazırda "Real"ın U-19 komandasına rəhbərlik edən Arbeloanın namizədlər siyahısında ilk sırada yer aldığını yazıb.

Qeyd edək ki, ötən il "Bayer"ə Almaniya çempionluğunu qazandıran Xabi Alonsonun növbəti mövsümdə "Rea"ın baş məşqçisi təyin olunacağı gözlənilir.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr