AZ

Premyer Liqa: “Kristal Pelas” qələbəni əldən verdi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kristal Pelas” doğma meydanda “Nottingem Forest”lə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Beləliklə, Premyer Liqanın cari mövsümünün geridə qalmış 35 turundan sonra 82 xalı olan və çempionluğu təmin etmiş “Liverpul” vahid liderdir. “Arsenal” 67 xalla ikinci, “Mançester Siti” 64 xalla üçüncüdür. “Nyukasl” və “Çelsi” 63, “Nottingem Forest” 61, “Aston Villa” 60, “Bornmut” 53 xal toplayıb.

İngiltərə, Premyer Liqa
35-ci tur

2 may

Mançester Siti – Vulverhempton 1:0
Qol: De Bröyne, 35.

3 may

Aston Villa – Fulhem 1:0
Qol: Tilemans, 12.

Everton – İpsviç Taun 2:2
Qollar: Beto, 26. Maknil, 35 – Enkizo, 41. Herst, 79.

Lester Siti – Sauthempton 2:0
Qollar: Vardi, 17. Ayyu, 44.

Arsenal – Bornmut 1:2
Qollar: Rays, 34 – Höysen, 67. Evanilson, 75.

4 may

Brentford – Mançester Yunayted 4:3
Qollar: Şou, 27-öz qapısına. Şade, 33; 70. Vissa, 74 – Maunt, 14. Qarnaço, 82. Diallo, 90+5.

Brayton – Nyukasl 1:1
Qollar: Minte, 28 – A.İsak, 89-öz qapısına.

Vest Hem – Tottenhem 1:1
Qollar: Bouen, 28 – Odober, 15.

Çelsi – Liverpul 3:1
Qollar: E.Fernandes, 3. Kuansa, 56-öz qapısına. Palmer, 90+6-pen – Van Deyk, 85.

5 may

Kristal Pelas – Nottingem Forest 1:1
Qollar: Eze, 60-pen – Murilyo, 64.

Seçilən
0
1
arena.az

8Mənbələr